Dayanıb baxdım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dayanıb baxdım

Kədər-qəm qaynayıb daşırdı, Allah,
Həsrətdən necə də üşürdüm,Allah.
Başımı necə də bişirdi,Allah
Aldandım yalanın kəlmələrinə.

Ayrılıq qoxudu pətəyim, balım.
Nələri hiss etdim, qadanı alım.
Məni də toxudu zəmanə zalım,
Dolaşdım hicranın ilmələrinə,

Nə parlaq günəş tək yandırıb-yaxdım,
Nə də şimşək kimi səmanda çaxdım.
Eləcə uzaqdan dayanıb baxdım,
Adımı qəlbindən silmələrinə.
11.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu