Davam Edir 37...! !
Bu dünyada otun, suyun, torpağinda yaddaşı var.
Sındırılmış bir budağın,söndürülmüş ocağın da yaddaşı var.
Ə lə k-və lə k, darmadağın otağın da yaddaşı var.
Bayaq isti, indi bumbuz yatağın da yaddaşı var.
Naili çə kmə altındaca qolu çıxan kuklaciğın,
Miz üstündə yetim qalan bir qə lə min,varağında yaddaşı var.
Azerbaycan tanımışdır vaxtsız qapı döyə nlə ri,
Qara günlə r gə tirə rkə n qan qırmızı geyə nlə ri
Yox, unuda bilmə rik biz xeyir cildi geyen şə ri,
Yüz minlə ri... qanunsuz ve mə hkə mə siz güllə baran edə nlə ri.
Qorxa-qorxa yarım addım ata-ata
Ayaq üstə yata-yata,
Ourşağacan qar içine bata-bala sürgünlə rə gedə nlə ri.
Ac, yuxusuz, nalan, üryan
Min-min qoca, min-min cavan
İş üstündə bir sümükdü, bir də də ri.
Yox, unuda bilmə rik biz
Ac canavar iştahıyla yurdu söküb tökə nlə ri,
Bir də stə ni qana çə kə n də stə başı tə kə lə ri.
Rə hbə r xadim sayılardı baş kə sə nlə r, göz ovanlar.
Haqq- bağıran boğazlara qurşun tökdü
Markaryanlar, Qriqoryanlar.
Yanda durdu Topuridze, asta cellad, usta cellad.
Adı doğma, üreyi yad
Cin Ceferin ə llə rilə viran qaldi xanimanlar.
74 min dustaq getdi, qayıtmadı yüzdə biri.
Çoxu güllə ışığında öz ə lilə qazdı qə bri.
Ə n rə zili bu deyil, yox,
Ə n rə zili odur ki, sə n
Özün şair adlanasan, ə dib, alim adlanasan.
Baxıb dustaq etdiyinə kam alasan, şadlanasan
Yox, unuda bilmə rik biz iş başında omba duran gürzə lə ri
Naxçivanda DTK-nin çirmek qollu dilaveri.
Alnı kerpic, gözleri tum... mirzə lə ri
Ə llə rində daşdan keçə n casusname ə rzə lə ri
Tribunadan'Və tə n'! deye,'Millə t'deye ve'z elə yen hə rzə lə rim
Yox unuda bilmerik biz
Birce üskük şöhrə t üçün, göz dikdiyi sə rvə t üçün mə nliyini satanları.
Xirtdeyece bataqlığa batanları
- Daloy muğam!
- Daloy papaq!
- Daloy tarda!
- Daloy saz da! - deyib lığa batanları.
Xə yanə tə qurban getdi tə r bə növşe, bahar Müşfiq.
Hə lə də bu cinayə tə zirvə lə rdə n baxar Müşfiq.
Xə yanə tə qurban gə ldi necə igid,
Pensneli, zə r ə salı, nur heykeli ulu Cavid.
Qurban getdi dağ billuru Yusuf Vezir
Yalçın qaya - Ə hmed Cavad.
Qoç Koroğlu, Sam oğlu Hacı Kə rim
Ulduzları salxım kimi göydə n deren Çobanzade Bə kirimiz.
Güllə lə ndi tə pə rimiz, kə sə rimiz, hünə rimiz.
Bu də rdlə ri öncə sezib tab etmə di Cə fə rimiz.
Haray, dünya!
Hə lə durur o qansızlar.
Qə hrə mana, mə rd baxışa aman vermə z imansızlar.
Qırdığımız dişlə rini zaman-zaman şaqqıldadan
Qan tökmə yə , baş kə smə yə imkansızlar...
Elə bilmə o də hşə tli yangın bildi, batdı, getdi.
Hə lə durur, davam edir
O, yaşayır, qorxularda, ürkülə rdə .
Bə lkə bir də qaytarıldı... bə lkə lə rdə .
Vicdanları basıb yeyen
Lekelerde, kölgelerde.
Ne qə də r ki, bir millə ti yetmiş yerə bölə nlə r var.
Nə qə də r ki, rütbə üçün, şöhrə t üçün ölə nlə r var.
Nə qə də r ki, kabineti, və zifə ni gözlə rinə tə pə nlə r var,
Tiranların yambızını bir az altdan öpə nlə r var,
Nə qə də r ki, iste'dadı addim-addım pusanlar var,
Xalq də rdini hayqırmağın ə və zinə ə qrə b kimi susanlar var.
Nə qə də r ki, iş başında bunca kütbaş, kə msavad var.
Düz üç yüz min didə rgində n heç nə yazmaz mə tbuat var,
Nə qə də r ki başçı olur başsız canlar,
Bir millə tin mə nliyim talam-talam talayanlar,
Nə qə də r ki, mə nə ə xlaq də rsi verir fə rariler, boşqab dibi yalayanlar,
Nə qə də r ki,- Demokrati! - Aşkarlama!
Deye-deye boğaz yırtır bu züyçülə r, zurnacılar, şeypurçular,
Nə qə də r ki, cə zasıdır Xankə ndimdə evlə r yıxan, ürə k yaxan yırtıcılar,
Davam edir otuz yeddi
Daha kesgin, daha ciddi!
Nə qə də r ki, xalq şairi xalqa yaddır,
Nə qə də r ki, rütbə lilə r mütlə q dahi iste'daddır,
Nə qə də r ki, yallananlar harda aşdır, orda başdır.
Nə qə də r ki, ə rkə n duran, axşamacan getmə n vuran
Anaların döşü südsüz, gözü yaşdır,
Davam edir otuz yeddi
Daha kesgin, daha ciddi.
Diqqet! Diqqet!
Qapamasın gözlə rini haray-heşir, çığır-bağır.
Qə zetlə ri lal elə mə k xalqı lal etmə kdə n ağır.
Ruhun hə lə ölmə mişsə hayqır-bağır:
Nə qer ki, sıxıb mə ni limon kimi sümürə n var.
Sümüyümü gə mirə n var,
Nə qə də r ki, Bakımıza püsgürdülür ölüm tozu,
Tə yyarə lə r zə hə rlə yir o kolxozu, bu sovxozu,
Nə qə də r ki, cocuq qanı pestisidle mayalanır,
Aşımıza qatır alçaq yüz fitnə ni, min yalanı,
Nə qə də r ki Ovçarenko də stə klə yir Balayanı,
Milli geda Boroviki, Ağambekyan min ilanı,
Ne qə də r ki, canımızda qan sorucu min gə nə var,
Mə nim isti sözlə rimə soyuq baxan bigane var
O xə yanə t sanma bitdi,
Davam edir.
O cinayet davam edir
Mə nim şe'rim, mə nim qanım cinayə tlə dava edir.
Bir halda ki, davam gedir.
Qorx ki, bir gün Və tə n deye:
Xə lil balam qurban getdi.
Xə lir Rza Ulutürk-1989
Kayıt Tarihi : 12.11.2009 21:50:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
1937 ci ilde Sovet regimi bashinda duranlar Azerbaycanin butun onderlerini oldururler. Alim, shair, yazar hapislere atilir, bedenlerine dash baglayib Hazara atilir, Sibir surgunlerine gonderilir... 37 -39 cu illerde Azerbaycan en dahi simalarini itirir. Xelil Rza Uluturkun sonradan yazdigi bu sheri 37-39 cu seneler represiyasinin hatirlatdigindan dolayidir. Allah Rahmet eylesin...
![Halil Rza Ulutürk](https://www.antoloji.com/i/siir/2009/11/12/davam-edir-37.jpg)
TÜM YORUMLAR (1)