Ruhlar içrə azdınız,
Haya məzar qazdınız.
Dastanı siz yazdınız,
Nağıl imiş qalanı.
Dərd axıb getməz suynan,
Comərdlik gələr huynan.
Namərd düşmənə uymam,
Bol hay-küyü, yalanı.
Gözünə güllə dəysin,
Qəlbini qəlpə dəlsin.
Görüm lənətə gəlsin,
Müharibə salanı.
Gözə alıb anını,
Qurban dedin canını.
Şəhidlərin qanını,
Ermənidən alanım.
Dünyamızı dinc versin,
Yaşamağa künc versin.
Tanrı mənə güc vesin,
Böyüdüm cüt balanı.
Kayıt Tarihi : 9.12.2020 10:22:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!