Nədəndir asanı saldın çətinə,
Yolumu dirədin dalana, tinə.
Indi qüdrətliyəm,indi mətinəm
Təpədən dırnağa daşlaşmışam mən.
Gedərik.Yenə də guya dönərik,
Haraya çevrilib huya dönərik.
Deyirdin birlikdə suya dönərik,
Oksigen sən idin, haşlaşmışam mən.
Rəqibə verərək bac, atdı məni,
Başına qoyubdu tac, atdı məni.
Etdiyi hərəkət qocaltdı məni,
Bir gündə neçə il yaşlaşmışam mən.
Kayıt Tarihi : 7.1.2023 10:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!