Darıxma ey duman, sən ahım üçün.
Göz yaşı tökərəm pənahım üçün.
Bilmədən etdiyim günahım üçün,
Daşlama sən məni, daşlama dünya.
Ziyası azalmış sönən ocağam,
Sanırdım keçmişi unudacağam.
Bilirəm, yenə də uruzacağam,
Mənimlə cənginə başlama, dünya.
Qüssəli könlümü ovudan yoxdur,
Gül bağda, bülbülü oxudan yoxdur.
Doğma əlləriylə qurudan yoxdur,
Ala gözlərimi yaşlama, dünya.
Daşlama sən məni, daşlama dünya.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:26:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/29/daslama-dunya.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!