Çox məşhur ad-san olanım,
Insan tək insan olanım.
Ay mənim leysan olanım,
Gözlərimin yaşındasan.
Fələk yenə seçimdədir,
Gecə-gündüz biçindədir.
Hicran qəmi içimdədir,
Sən könlümün başındasan.
Ey insanlar, mərdi sevin,
Qurbanıdır zalım devin,
Qara mərmər məzar evin,
Dil açmayan daşındasan.
03.12.2018
Kayıt Tarihi : 6.12.2018 07:53:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!