Başdaydın xeyir işdə,
Xoş ovqatda, gülüşdə.
Qırıldı altmış beşdə,
Yaş gəlməz yaşın üstə.
Şəkərinlə deyişdin,
Təzyiqinlə döyüşdün.
Dünyanıca dəyişdin,
Nəvələr başın üstdə.
Qızardar gülüm günü,
Tez gəldi zülüm günü.
Ad günü, ölüm günü
Yazılar daşın üstdə.
Sən hamıdan razıydın,
Elin bahar, yazıydın.
Şamaxının qızıydın,
Oxundu qaşın üstdə.
Kayıt Tarihi : 21.7.2020 08:34:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!