Uzaq durdum nifrətdən,
Kindən və küdurətdən.
Ağaraydı həsrətdən,
Başı ayrılıqların.
Yol hamar olmayaydı,
Tel tumar olmayaydı.
Kaş tamam olmayaydı,
Yaşı ayrılıqların...
Qızılgül xarlamazdı,
Göy bulud qarlamazdı.
Heç zaman parlamazdı
Daşı ayrılıqların.
Yaralanıb, ölməyib
Ağrısını bölməyib.
Ünvana düz gəlməyib,
Naşı ayrılıqların.
Dərəyə atılıbdır,
Yadlara satılıbdır.
Əzəldən çatılıbdır,
Qaşı ayrılıqların.
Kayıt Tarihi : 22.5.2020 07:42:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!