Kədərlə qüssənin cəmi qurumur,
Şəhid xəbərinin qəmi qurumur.
Yenə də gözümün nəmi qurumur,
Yenə də qəlbimin başı ağlayır.
Mas-mavi səmadan qüssə ələnir,
Bəmbəyaz günümüz qara bələnir.
Hər addım atanda yer silkələnir,
Şəhid məzarının daşı ağlayır.
Arzu eləyirdik.Eh, alınmadı,
Mağar qurub xal-xalça salınmadı.
Bu evdə daha bir toy çalınmadı.
Nişan üzüyünün qaşı ağlayır.
Erməni qonşumuz olmayaydı kaş,
Düşəydi onların başına bir daş.
Gözündə görməzdim bircə damla yaş,
Əbədi həsrətdən naşı ağlayır.
Hər şəhid məzarı gül dolu çəmən,
Bəzəyər məzarı nərgiz, yasəmən.
Şəhid anasına baş əyirəm mən,
Qurumaz gözünün yaşı, ağlayır.
Kayıt Tarihi : 27.10.2023 09:13:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!