Sevməyi öyrənməyib,
Həsrətə söylənməyib.
Gördüm ki seyrəlməyib,
Özüm dumanı aşdım.
Hicranın gəlişinə,
Şipşirin gülüşünə
Zamanın gərdişinə,
Gözüm yumanı, daşdım.
Bilmədim ki nə deyəm,
Bu yaşda əlvan geyəm?
Nədən özümü öyəm?
Sözün gümanı, çaşdım.
Tüstülənib gedərdin,
Istilənib gedərdin.
Vüsalıma yetərdin,
Üzük umanım, qaşdım.
Tənhalıqda döğulub,
Yalnızlıqda sovulub.
Fərəhimdən boğulub,
Dərdə cumanım, yaşdım.
Kayıt Tarihi : 3.9.2019 07:15:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!