Kimsə məni başa düşmür,
Kimə anladım dərdimi,
Ağrılarım daşa düşmür,
Kimsə danlamır dərdimi.
Içimdəki hissiyatı,
Eh, anlayan olacaqmı.
Itirmərəm heysiyyatı,
Dərdin gülü solacaqmı.
Dolacaqmı gözlərinə,
Yandırdığı qəlb tüstüsü.
Qulaq asdım sözlərinə,
Bircə damcı yox istisi.
Hey baxsan da bilinməyir
Xəyalətin üç-bucağı.
Neçə vaxtdır silinməyir,
Xəyanətin künc-bucağı.
Imkan vermir duyğuları,
Bircə-bircə köçürüm mən.
Axı necə uyğuları,
Daş sərhəddən keçirim mən.
01.06.2019
Kayıt Tarihi : 13.6.2019 11:35:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!