Daş qırıqları Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Daş qırıqları

Ayağım altında daş qırıqları,
Addımı atarsam bil ki qanadar.
Fələk görməyəydi kaş qırıqları,
Yoxsa ki onları bir-bir sanadar.

Onsuz da mənimlə o öc düşübdür,
Bilməyir yolumu hardan bağlasın.
Xatirəm yadına,eh,gec düşübdür,
Xəyalaım az qalır dərddən ağlasın.

Ilahi, dərdimi tək sənə deyib,
Mən çarə gəzirəm Yer kürəsində.
Misra pıçıldamaq deyil ki eyib,
Yamanca bişmişəm şer kürəsində.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.7.2019 11:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu