Şəninə yazılmaz daha qəzəl, şer,
Ayağım altından qaçaçaqdır yer.
Özünə nə qiymət verirsənsə ver,
Gözümdən axacaq yaş qədərisən.
Çətində çatmadın heç vaxt dadıma,
Unutdum.Düşmürsən inan yadıma.
Yenə yanacaqsan mənim oduma,
Közümdən baxacaq baş qədərisən.
Indi bir həsirsən, bir Məmmədnəsir,
Məhəbbət şəninə gətirib kəsir.
Ayrılıq əbədi edibdir əsir,
Dözümdən çaxacaq daş qədərisən.
25.12.2020.
Kayıt Tarihi : 5.1.2021 16:24:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!