Daş qabağında Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3650

ŞİİR


27

TAKİPÇİ

Daş qabağında

Danışar gizlicə, susar gizlicə,
Gələni, gedəni pusar gizlicə.
Kölgə də ozünü asar gizlicə,
Qaranlıq gecənin qaş-qabağından.

Deyən Allah kəsib köz insafını,
Kəlam insafını, söz insafını.
Şair asta yeyər öz ehsanını,
Pürrəngi çay ilə aş qabağında.

Dağlar təpə-təpə biliklənəcək,,
Dəniz ləpə-ləpə diliklənəcək.
Ayna qəlpə-qəlpə çiliklənəcək,
Neyniyə bilər ki daş qabağında.
25.01.2018.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 08:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu