Çətin ayrılığın fövqündə durum,
Işimi həsrətin zövqündə qurum.
Mən necə əyləşim, necə oturum,
Hicranın buz kimi daş pilləsində.
Buludlar göz yaşın ələrmi görən,
Vüsalın quzusu mələrmi görən.
Həqiqət özünə gələrmi görən,
Yalanın amansız yaş şilləsindən.
Özün sevgiyə kölə bilərmiş,
Göz yaşın döndərib gölə, bilərmiş.
Insan yaralanıb ölə bilərmiş,
Dostun atılmayan boş gülləsindən.
Kayıt Tarihi : 22.6.2018 07:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!