Daş o daş deyil daha Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Daş o daş deyil daha

Duyaram qərib səsi,
Qarsıdar od nəfəsi.
Yoxdur gənclik həvəsim,
Yaş o yaş deyil daha.

Fərəh qəmdən çox olmur,
Hicrin evi yox olmur.
Əvvəlki tək sıx olmur.
Qaş o qaş deyil daha.

Şüa qaynar içində,
Ziya ayna içində.
Külək oynar içində,
Baş o baş deyil daha.

Qoyma həsrət böyüsün,
Özü ilə öyünsün.
Bişməyib ki düyüsü,
Aş o aş deyi ldaha.

Yar qızılgül bitirib,
Külək ətrin gətirib.
Ağırlığın itirib,
Daş o daş deyil daha.
09.11.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 16.11.2018 16:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu