Qəmli ürək heç gülməz,
Göz yaşın kimsə silməz.
Namərd qədrini bilməz,
Ömür boyu daş daşı.
Hicranın zəhmi ağır,
Üzündən həsrət yağır.
Qayaya az çək dağı,
Sonucunda daş daşır.
Yanmadın ki oduma,
Çatmadın ki dadıma.
Heç nə düşmür yadıma,
Xatirələr daşdaşıb.
Dövran kimi ,zaman tək,
Üzr kimi, aman tək.
Sovrulmuş dəyirman tək,
Yeyəcəkdir daş-daşı.
Yerinmi, göyünmüsən
Qəlblə bir döyünmüsən.
Əzizim, böyümüsən,
Azca oyna daş-daşı.
CAVAB VERİN
Kayıt Tarihi : 27.6.2018 15:19:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!