Daş bağla Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3650

ŞİİR


27

TAKİPÇİ

Daş bağla

Üzməsin sözüm səni,
Qarsmasın közüm səni.
Yıxmasın dözüm səni,
Ürəyinə daş bağla.

Könül gəmini qoru,
Qaldırma göyə doru.
Üzündə kədər toru,
Gözlərində yaş, ağla.

Dünya özü bir oyun,
Ay acıgözlər,doyun.
Kimsəyə əymə boyun,
Uca olsun baş,çağla.

Həsrət qarşında durur,
Vüsalı əyir, vurur.
Sən ki yemirsən quru,
Önündədir aş, yağla.

Qəlb dediyin etmişdin,
Arzu-kama yetmişdin.
Gülə-gülə getmişdin,
Dönməyəydin kaş dağla.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 16:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!