Darixmişam Şiiri - Elsever Huseynoglu

Elsever Huseynoglu
04.12.1987 Borçalı, Başkeçid (Gürcüstan, Dmanisi)
7

ŞİİR


0

TAKİPÇİ

Darixmişam

Qədəmlərin mübarəkdir,
Tez gəl, yaman darıxmışam.
İş-güc yığıb məni cana,
Tez gəl, inan, darıxmışam.

Sənsiz günlər keçmir daha,
Sevinc yoxdur, nəşə baha,
Bir ümid yoxdur sabaha,
Tez gəl, canan, darıxmışam.

Yaşımın orta çağında,
Yanıram dərd ocağında,
Gəl uyuyum qucağında,
Eşqin danan darıxmışam.

Azerbaycan, Bakü
15/04/2022

Elsever Huseynoglu
Kayıt Tarihi : 30.5.2022 08:52:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Hikayesi:


Bu həsrətin sonunda qovuşmaq varsa darıxmaq gözəldir.

Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Hüsamettin Sungur
    Hüsamettin Sungur

    Şiirinizi
    beğeni ile okudum

    Cevap Yaz

TÜM YORUMLAR (1)

Elsever Huseynoglu