Sən öyrətdin əzizim,
Darıxmaq necə olur.
Nurlu olan gündüzüm,
Qəfildən gecə olur.
Zülmətə bürünür bax,
Qəlbim kimi şəhər də.
Göz gözü görməyir, ah
Udqunuram qəhərdən.
Bu dənizin səsi də,
Mənə tanış gəlməyr.
Dalğalı nəğməsi də,
Ürəyini verməyir.
Sənsizliyin açarı,
Bəlkə sizin evdədir.
Eh, qalmışam naçarı,
Günah qara divdədir.
Qarşısını o kəsdi,
Axan sevgi çayının.
Oğurladı əbədi,
Günəşimi, ayımı...
Kayıt Tarihi : 25.7.2021 06:15:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/07/25/darixmaq.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!