Gəl, mən sənə öyrədim,
Darıxmaq necə olur.
Işıqlı gündüzün də
Qaranlıq gecə olur.
Bəzən nə istədiyin
Heç özünə çatmayır.
Xəyalların köhlən tək
Yalmanına yatmayır.
Bəzən sonsuz ümidlər
Qapını döyəcləyir.
Gözü yaşlı buludlar
Könlünə qonaq gəlir.
Təbiətin sirridir,
Günəş çıxır, ay batır.
Okeanı istəyir,
Səhralıqda çay batır.
Izi-tozu qalmayır,
Qum içində çayın da.
Sənsiz keçən günlərin
Itirmişəm sayın da.
Ümidlərim işarır,
Qaranlıqda şam kimi.
Ah, gözlərim yaşarır
Qəmli ehtişam kimi.
Ayağımı qoyuram
Ayrılığın evinə.
Bu dünya elə zalım,
Kim nalan, kim sevinə.
Ümidimin ayağı
Yeddi yerdən qırılmış.
Ayrılığın boyağı,
Cızım-cızın cızılmış.
Saatların əqrəbi
Göstərir gecə yarı.
Ay könlümün qubarı,
Yuxumasa gəl barı.
Kayıt Tarihi : 25.7.2021 06:10:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/07/25/darixmaknece-olur.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!