Yadındamı…seyr edərdik səmanı…
Məndən sonra ulduzlara baxırsan?
Söyürsənmi mənsiz keçən zamanı?
Günahları öz boynuna yıxırsan?
Gündə yüz yol gəlib mənə dəyərdin,
Sədaqətdə hey özünü öyərdin…
Sən ki mənə “ay ürəyim” deyərdin,
Məndən sonra ürəyini sıxırsan?!
Bizim birgə gəzdiyimiz yerləri,
Mənə çiçək üzdüyümüz yerləri,
İzimizi düzdüyümüz yerləri
Ara-sıra dolaşmağa çıxırsan?
İndi heç vaxt demədiyin sözün de…
Eləmirəm məcbur səni…özün de …
Həyatında bircə dəfə düzün de…
Boynuna al…mənimçün darıxırsan?!
Kayıt Tarihi : 5.1.2025 16:48:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!