Darıxıram Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Darıxıram


Eh, indidən tutun yasın,
Ələmini başdan asın.
Kədərin nimdaş libasın,
Fələk əyninə geymədi.

Dünyamız nə günə qaldı,
Haqlını opis günə saldı.
Yalançı şair söz aldı,
Əsli özünü öymədi.

Yad ağzında çərəz oldum,
Barış ikən qərəz oldum.
Xəstələndim, mərəz oldum,
Kimsə qapımı döymədi.

Bu gün hicranın toyudu.
Şadlanan tək öz soyudu.
Ayrılıq ömür boyudu,
Vüsalsa bircə öynədi.

Göz yaşını xara satam,
İstəmirəm dərdə batam.
Darıxıram anam.atam,
Burnumun ucu göynədi.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.4.2025 08:19:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!