Daran, su perisi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Daran, su perisi


Tellərini su yusun da,
Köynəyi geyər yosundan.
Uzaqda dur sirr-ovsundan,
Bəzən, daran su pərisi.

Dəniz gülü solmaz olar,
Su damcısı almaz olar.
Sudan ayrı qalmaz olar,
Parlar xaran, su pərisi.

Xəyalların tacı hissdir,
Duyğulara bacı hissdir.
Ayrılıq tək acı hissdir,
Qəlbi yoran, su pərisi

Atdığın həsrət oxumu,
Könlündə boş yer yoxumu?
Əksəm də sevgi toxumu,
Bitməz, şoran, su pərisi.

Gecə-gündüz öy özünü,
Dalğalarla döy özünü.
Görəmməzsən göy üzünü,
Hava toran, su pərisi.
22.02.2014

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu