Pozulmaz yaddaşsınız,
Dostsunuz, sirdaşsınız.
Siz əkiz qardaşsınız,
Əzizlər şirin dilim,
Davidim, Danielim.
Haqq edin soyunuzu,
Sevərik boyunuzu.
Görəndə toyunuzu,
Qaralar bəyaz telim.
Davidim, Danielim.
Tez böyüyün,yekəlin,
Qurun Nənə heykəlin.
Vətənə tez-tez gəlin,
Sevinsin doğma elim.
Davidim, Danielim.
Kayıt Tarihi : 22.12.2025 15:37:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!