Yaşama qalmayıb heç həvəsim də,
Mən ömür sürmürəm dar qəfəsimdə.
Elə istəyirəm son nəfəsimdə,
Sənin qucağında can verim, Ana.
Başıma gəlibdir,eh, bilsən nələr,
Hər biri bağrımın başını dələr.
Yan-yana düzülüb sözlər, kəlmələr,
Ağlayır gözümdə qan, şerim Ana.
Neynirəm, sən yoxsan, bal şəhəri mən,
Uda da bilmirəm lal qəhəri mən,
Səninlə açlıram al səhəri mən,
Sən mənim əbədi dan yerim, Ana.
Kayıt Tarihi : 26.6.2020 11:36:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!