Dan ağlayır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dan ağlayır

Düşdüm eşqin atəşinə,
Dərdlə qəmin güləşinə.
Həsrət qalıb günəşinə,
Sökülməyir dan.Ağlayır.

Olan tək ona olubdu,
Yaşıl gözləri dolubdu.
Əlvan rəngləri solubdur,
Gülsüz xiyaban ağlayır.

Ayrılığa alqış düşmür,
Qarasına naxış düşmür.
Bircə damcı yağış düşmür,
Çöllü-biyaban ağlayır.

Xatirəndən süzülürəm,
Dörd bir yana düzülürəm.
Yoxluğuna üzülürəm,
Qəlbdəsən hər an, Ağlayır.

Dar günümdə dost, pənahdın,
Çəkdiyim nəfəsdin, ahdın.
Yad ellərdə padişahdın,
Könlümdə sultan.Ağlayır.

Həqiqəti danırıq biz,
Yoxluğuna yanırıq biz.
Səni daim anırıq biz,
Bəy oturub, xan ağlayır.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2020 09:28:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu