Acı qatar şirin bala,
Qüssə yeyək bala-bala.
Kədər doğar, ya da bəla,
Dünyanın sancısı tutub.
De, riya nə, doğru-düz nə
Təbəssümsüz qəmli üz nə.
Köksündəki qara iz nə,
Taleyin qamçısı tutub.
Düzlük bir addım yerimir,
Həsrət tez tapar yerimi.
Namədə nöqtə yerini,
Gözümün damcısı tutub.
Kayıt Tarihi : 28.6.2018 06:09:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/28/damcisi-tutub.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!