Bircə qanunu var əbədiyyətin,
Həmişə düz olsun fikrin, niyyətin.
Torpaq tək kövrək ol, qaya tək mətin,
Sahilə çırpılan dalğalar kimi.
Ən böyük xəzinə sevən ürəkdir,
Qiymətli incisi arzu-diləkdir.
Aşıq tək deyişmək nəyə gərəkdir,
Bitməyən ədəbi qovğalar kimi.
Ay şair, sözləri usta-usta düz,
Durnalar köç edir dəstə-dəstə, süz.
Xəyal dənizində asta-asta üz,
Göy sular gəmini yırğalar kimi.
Kayıt Tarihi : 16.7.2018 07:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!