Dalğalar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dalğalar

Haqsızlıq içində nə deyim, dinim,
Həsrətin əlindən haraya sinim.
Səmada süzərkən ağ göyərçinim,
Nədən qar arzular qara qarğalar.

Erkəndən çiçəkdən şeh istəyirəm,
Dayanmış havadan meh istəyirəm.
Ağ bayraq qaldırıb sülh istəyirəm,
Qurtarmaq bilməyir dava-qovğalar.

Hicrin muncuğunu düzə bilmirəm,
Həsrət şərbətini süzə bilmirəm.
Anında boğullam, üzə bilmirəm,
Üstümə-üstümə gəlir dalğalar.
07.01.2019.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2019 14:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu