Dalğalansın bayrağım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dalğalansın bayrağım

Qoca dünya, nə baxırsan üzümə,
Igidlərim yenə səf-səf düzülüb.
Zəfərimə gəl bu qədər üzülmə,
Qərarların yaman rəf-rəf düzülüb.

Qanım ilə mənim azad etdiyim,
Öz yurdumdur, öz torpağım, öz obam.
Şanım ilə ruhunu şad etdiyim,
Öz ulumdur, öz əcdadım, öz babam.

Duyğularım birər-birər oyanar,
Hər birinin öz ətiri, qoxusu.
Bu hünərlə kim qarşımda dayanar,
Qaçırtmışam düşmənimin yuxusun,

Mən bu elin övladıyam, biləsən,
Hər qarışda ləpirim var, izim var.
Çətin mənim göz yaşımı siləsən,
Qızılımda, neft-qazımda gözün var.

Öz vətənin olmayıb ki əzəldən,
Qaraçı tək gəzdin bütün dünyanı.
Indi rəngin seçilməyir xəzəldən,
Puç eylədik sənin “şirin” xülyanı.

Üzə durub.”Kiş” deməklə çıxmayır,
Erməninin çox arxası, dayağı.
Qaçqınlarım ürəyini sıxmayır,
Bu torpaqdan kəsiləcək ayağı.

Yetişibdir indi mənim zamanım,
Səs eləsəm neçə yerdən hay gələr.
Vermərik biz erməniyə amanı,
Azadlığım çətin bizə pay gələ.

Ümidlərim ayaq tutub yeriyər,
Sevincimdən gözlərim də yaşarar.
Alacağam torpağımı geriyə,
Zəfərimə min bir nəğmə qoşaram.

Yol gözləyir hələ Laçın, Kəlbəcər.
Bayrağıma yer axtarır Şuşamız.
Oğullarım Babək, qızlarım Həcər,
Azad olar əsir cənnət guşəmiz.

Mərmilərim,düşmən üzərinə yağ.
O, ATƏT-i,BMT-ni dinləməz.
Bu günümü gözləyirdi Qarabağ,
Göz yaşları tökə-tökə inləməz.

Qaranlığı yarıb keçsin nur seli,
Günəş kimi al geyinsin torpağım.
Sevinərək şənlik etsin TÜRK eli,
Zirvələrdə dalğalansın bayrağım.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.10.2020 06:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu