Açılan səhəriylə,
Xeyri ilə, şəriylə.
Çox vaxt bir-biri ilə,
Dalaşan xatirələr.
Bu ayrılıq günündə,
Qəm qoxuyar ünüm də.
Gözlərimin önündə,
Dolaşan xatirələr.
Könlümü həsrət sıxıb,
Evimi hicran yıxıb.
Gecə-gündüz dağ çıxıb,
Yol aşan xatirələr.
Kayıt Tarihi : 10.9.2019 07:06:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!