Neçə dünya vardır bu kainatda,
Eh, hansı hansına təsir eyləyir.
Ilişib qalmışam sanki kanatda,
Ümidsiz arzular əsir eyləyib.
Əsirlik müddəti beş ilmi, onmu
Kim azad edəcək can ruhumuzu.
Ilahi.Əvvəlmi, ortamı, sonmu
Özünə ən yaxın san ruhumuzu.
Bəzən itirərik ümidimizi,
Doğrumu, yanlışmı? Bilə bilmərik.
Bir dünya sanarıq öz evimizi,
Zamanı ömürdən silə bilmərik.
Bütün günahları kənara qoyub,
Yaxşılıq eyləyək, qazanaq savab.
Qeybət eləməkdən usanıb doyaq,
Xeyirlə qurtarsın hər sual-cavab.
Qaranlıq səmanın günəşi olaq,
Yeri də, göyü də nura qərq edək.
Sevən ürəklərin atəşi olaq.
Yaxşı nə, pis nədir? Daha fərq edək.
12.04.2019
Kayıt Tarihi : 19.4.2019 11:15:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!