Daha ezizik Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Daha ezizik

Hansımız daha əziz, şirinik dünya üçün.
Bax, gözlərim qapanır, ölürəm röya üçün.
Bal tək şirin şərbətin olammadım, neyniyim,
Sənin könül badənə dolammadım, neyniyim.

Sən odların içindən keçib gələn cəngavər,
Mən hicran bulağından içib ölən bir nəfər.
Mən hicrin əzabını,çəkirəm sübhə kimi,
Sən payız xəzanını sevirsən.Şübhə kimi.

Mən elin ağbirçəyi, xatın-xanım olmuşam,
Sən elin ağsaqqalı, gözüm canım olmusan.
Sən mənə asimanı hədiyyə tək vermisən,
Mən də sənə gör necə vuran ürək vermişəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.6.2019 16:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu