Öz bildiyim özümə bəs,
Vermə mənə ağıl dünya.
Heç özünü yorma əbəs,
Dediklərin nağıl, dünya.
Hicran atın yaman çapar,
Harda olsam məni tapar.
Nə zəlzələ, tufan qopar,
Nə kökündən dağıl dünya.
Çətin olub bizə həyat,
Ömür sürürük narahat.
Zəlzələsiz sakit həyat,
Yaşayırıq mağıl,dünya.
Kayıt Tarihi : 14.6.2018 09:58:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/14/dagil-dunya.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!