Dağ çiçekleri Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dağ çiçekleri


Ayrılıq həsrətə baş töhmət imiş,
Məhəbbət həyata ləl-ziynət imiş,
Hər biri əzəldən ziqiymət imiş,
Yarama məlhəmdir dağ çiçəkləri,

Ətrini burnumda tuturam sənin.
Unuda bilməzsən heç zaman məni,
Sevirəm yamyaşıl, geniş çəməni.
Istəsən yağış tək yağ çiçəkləri.

Dənizin suyuyla yoğurub getdi,
Günəşin nurunda qovurub getdi.
Külək bir andaca sovurub getdi,
Mənim çox sevdiyim ağ çiçəkləri.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.5.2022 08:14:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu