Cüt yaranmışıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Cüt yaranmışıq

Mən şəhərəm, sənsə kəndsən.
Mən şəkərəm, sənsə qəndsən.
Mən bir misra, sən bir bəndsən,
Cüt yaranmışıq dünyada.

Qoşalaşıb Bakım, Gəncəm
Sən cavansan, mənsə gəncəm.
Sən çaharsan,mən də pəncəm.
Cüt yaranmışıq dünyada.

Sən kədərsən, mən də qəməm.
Sən qılıncsan, mən də qəmə.
Sən kəhərsən, mən də qəmər,
Cüt yaranmışıq dünyada.

Sənsizliyə çətin dözəm,
Sən atəşsən, mən də közəm.
Sən şeirsən, mən də sözəm,
Cüt yaranmışıq dünyada.

Aşiqdən qayğı umansan,
Mən bəlkəyəm, sən gümansan.
Mən sis-çənəm, sən dumansan,
Cüt yaranmışıq dünyada.

Neçə vaxtdır ki sənsizəm,
Dağam-dumansız, çənsizəm.
Sən cığırsan, mən də izəm.
Cüt yaranmışıq dünyada.

Sən sakitsən, mən də dincəm.
Sən busaqsan, mən də küncəm.
Sən kədərsən, mən Sevincəm,
Cüt yaranmışıq dünyada.

Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 15:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu