Daha sənə yetişməyir harayım,
Indi məndən çox uzaqsan, əzizim.
Ilə bənzər ötüb keçən hər ayım,
Vaxtsız əsən qar-sazaqsan, əzizim.
Niyyətindir məni sarı payızda.
Düm ağardıb qar nənəyə döndərmək.
Eh, əzizim, nə qalıb ki o qızdan,
Nə çətindir xatirəni göndərmək.
Yada salsam xatirəni, dirilləm,
Dəniz kimi təlatümə gələrəm.
Sənlə görüş şans yolunda son pilləm,
Bu gün gecdir,gələn cümə gələrəm.
Gələcəyəm.Qapın bağlı olacaq,
Açarını tapmayacam kök altda.
Xatirələr payız çağlı olacaq.
Istəyirsən göz yaşı da tök altdan.
Indi daha ağlamağın yeri yox,
Nə küsüşdük, nə dalaşdıq, ayrıldıq.
Arxam dəniz, addımlayım geri, yox
Mələklər tək vidalaşdıq, ayrıldıq.
Ayrılığın son zərbəsi nə ağır,
Ilk həmləsi qılınc çəkdi üstümə.
Neynəmişdim sənə mən aciz, fağır,
Gül də belə gətirmədin büstümə.
Indi daha mələklərdir dostlarım,
Qu deyəndə hazır olur şərbətim.
Dildə gəzir dediyim son tostlarım.
Nədən mənə çox gördülər qürbəti.
Yaşayırdım özüm üçün yaxşı, pis
Sevdiyimi göz yaşıyla anırdım.
Neynəyim ki mənə tor qurdu iblis,
Yay gününüdə susuzluqdan yanırdım.
Olmadı ki təkcə mənim cəlladım,
Mənim kimi neçə igid məhv etdi.
Uçmadım ki,qırıldı qol-qanadım,
Xain iblis arzusuna tez yetdi.
Qalammadım zülmdən xilas gününə,
Çəkdiklərim qoymadı ki məndə can.
Ruhum uçub artıq cənnət göyünə,
Yuxundayam sənin söküləndə dan....
03.03.2019
Kayıt Tarihi : 9.3.2019 10:02:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/03/09/cox-uzaqsan-ezizim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!