Çox uzandı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çox uzandı

Vüsalından doymarıq,
Çaldığına oynarıq,
İçindəcə qaynarıq,
Dünya qaynar qazandı.

Gözümə işıq düşüb,
Könlümə aşiq düşüb.
İşi dolaşıq düşüb,
Fələk yolun azandı.

Qolum qəmin qolunda,
Dərd,kədər sağ-solunda.
Bu sevdanın yolunda,
Qəlb tək ağrı qazandı.

Sevda sevilən kəsin,
Gizlədər eşq nəğməsin.
Məhəbbət salnaməsin,
Ürək qanla yazandı.

Qüssəni atammırıq,
Gecələr yatammırıq.
Sonuna çatammırıq,
Bu sevda çox uzandı.

QURULMUŞAM

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:28:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu