Sahil boyu gəzişdik,
Xatirələr ox ikən.
Nədən yenə görüşdük,
Vəslə inam yox ikən.
Kimə qarışıb başın,
Parlamayır qaş-daşın.
Necə yeyim dərd aşın,
Ürək qəmdən tox ikən.
Mənə oldu çox zülüm,
Susdu könül bülbülüm.
Necə şənlənim,gülüm
Iztirabım çox ikən.
Kayıt Tarihi : 14.6.2018 20:23:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!