Hicrin sonu közlərimdən,
Qəmlə dolu sözlərimdən.
Mən bu yolu gözlərimdən.
Çəkib, çəkib ağlaram.
Deyilsən ki gümansız tək.
Görünürsən amansız tək.
Yer üzünə duman, sis tək
Çöküb, çöküb ağlaram.
Qəmduyular lal büstündə,
Yandırar eli tüstüm də.
Sənin başının üstündə.
Çaxıb-çaxıb ağlaram.
18.04.2019
Kayıt Tarihi : 19.4.2019 10:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!