Çöke derdimi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çöke derdimi

Laləyəm, arada xalsız oluram,
Soyuq qış günündə şalsız oluram.
Bəzən ağrıyıram, halsız oluram,
Oğul gərəkdi ki çəkə dərdimi.

Insan arzu-kamsız yaşıya bilməz,
Könüldən adını qaşıya bilməz.
Bəlkə də min çinar daşıya bilməz,
Söyüd kədərimi, çökə dərdimi.

Kim deyir yalansız, kim deyir pissiz,
Insan yaşayarmı duyğusuz, hissiz.
Ayrılıq dediyin sədasız, səssiz,
Dünyanın önünə tökə dərdimi.

Görəsən ömrümdən bahar, yaz olub.
Sanıram həmişə qar, ayaz olub.
Sarışın tellərim bəmbəyaz olub,
Meh soraq edibdir tükə dərdimi.

Yenə ağ geyinib qoca dağ-dərə,
Buzlara əsirdir azadlıq bərəm.
Kağız tək qatlayıb düz yeddi yerə,
Təbiət özücə bükə dərdimi..

Sevinc Arzulu
Kayıt Tarihi : 7.3.2021 15:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu