Çoban-bayatı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çoban-bayatı


Günlər bir-birindən ağır,
Havadan qəm-qüssə yağır,
Yoxdur əvvəlki çal-çağır,
Çalınmır çoban-bayatı

Zəfər çaldı igidlərim,
Qələbəyə şahidlərim.
Torpaq altda şəhidlərim,
Necə sevim bu həyatı.

Su iç vüsal bulağından,
Səsi qalsın qulağında.
Kasıbın ağ ulağından,
Qiymətlimi, de, bəy atı.

Dünyanın bağrı yarılmış,
Xoşbəxt günə çox darılmış.
Torpaq qanla suvarılmış,
Hər damladan gül boy atır.

Həsrət mənlə məzələnir,
Yelpiklənir, közələnir.
Yenilənir, təzələnir,
Dərdlərimin ən boyatı.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2021 17:29:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu