Lalə düzə səpələnib,
Gölün suyu ləpələnib.
Bu dağları, təpələri,
Gözümə yığıb gedirəm.
Qanad çalar xəyal atım,
Uçunuram ona çatım.
İstərəm əbədi batım,
Közümə.Çıxıb gedirəm.
Ləkələnməz təmiz adım,
Pozulmazdır əhdim, andım.
Arzum, istəyim, muradım
Sözümə sığıb.Gedirəm.
Kayıt Tarihi : 26.10.2023 14:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!