Çıxan vaxtıdır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çıxan vaxtıdır

Məhəbbət qoynunda ilan bəsləmir,
Küsüb barışanı sülhə səsləmir?
Ayrılıq dirənib, düşmək istəmir,
Vüsalın yoxuşa çıxan vaxtıdır.

Xəyalım ruhunla hey danışmada,
Ulduzla,ay ilə xoş tanışmada.
Kədər məğlub olub son yarışmada,
Fərəhin əlimi sıxan vaxtıdır.

A dünya, mənəm ki sakitin, dincin,
Haqına sözümdən nə küs, nə incin.
Indi bilirsənmi adım sevincin,
Qüssənin evini yıxan vaxtıdır.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.9.2019 14:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu