Ad gününüz mübarək,
Həmişə xoşbəxt olun.
Yeni əsərlər görək,
Yüz yaşına siz dolun.
Yazdığınız nəsrlər,
Zaman-zaman yaşayar.
Müxtəlif cür nəşrlər,
Sözünüzü daşıyar.
Hər yeni hekayətdə,
Zəfər hissini dadın.
Tanrı verən qüdrətdə,
Yenə yazın, yaradın.
ALÇAĞIN ÜSLUBUNDA,
ƏCLAFLARIN QANUNU.
İNGİLİS BULVARInda
Görə bilərsiz onu.
Bax, SONUNCU DİVARIN
DAŞLARI söküləcək.
Əsəcək ŞƏRQ KÜLƏYİ,
Qaşları töküləcək.
SATURNUN TÖVBƏSİ,
SUTENYORUN QƏLBİNDƏ.
İNSAN ÖVU növbəsi,
ÜÇÜNCÜ VARİANT DƏBDƏ.
Gələcək görüşümə
Mənim MAVİ MƏLƏKLƏR.
QƏRB BÜRKÜSÜnə düşmə,
Əsər soyuq küləklər.
MƏNİM GÖZƏL ALİBİM,
PREZİDENT OVUnda.
Axtar TİMSAH XƏTTİNİ
BALKAN SİNDROMUnda.
“DƏRDİMƏ ŞƏRİK OL sən,
BİZİM BAKI BULVARINInda.
MİLYARDIN DƏYƏRİnin,
Qalmışıq marağında.
UĞURSUZUN HEKAYƏTİ,
UZUN ÇƏKƏN SÖZ ARDI.
HAMMURAPİ QANUNUnu,
Edəmməruik gözardı.
MİLAD BAYRAMINDA AÇILAN ATƏŞin səsi,
YENİ CƏNGAVƏRLƏR QƏBİLƏSİndən gəldi.
ERAMIZIN ƏZƏLİNDƏ SUİ-QƏSDin nəfəsi
QANIN ÜÇ RƏNGİNDƏ DİNCƏLDİ.
Kayıt Tarihi : 21.4.2022 15:08:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!