Cingildemirmi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Cingildemirmi

Bir gör nə müddətdir tanıram səni,
Könlümə pasiban sanıram səni.
Bu qədər adını anıram sənin,
Görəsən qulağın cingildəmirmi

Niyə bəs amansız olubdur törən,
Sünbülü saçıma yasəmən hörən.
Səni mənim ilə yanaşı görən
Həsrətin köpəyi zingildəmirmi.

Günəşin işığı zəmiyə düşür.
əksi göy sularda gəmiyə düşür.
Vağzalı havası sümüyə düşür,
Vüsalın mələyi dingildəmirmi.

Sevinc Arzulu
Kayıt Tarihi : 17.10.2021 16:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu