Çinar susur Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Çinar susur

Çinar susur, xatırlamır deyəsən,
Kölgəsində oturduğum vaxtları.
Ətrafında dost-tanış yox, öyəsən,
Məndən əvvəl atılmışdı oxları.

Indi hərə bir diyarda yaşayır,
Nə yuvalar, nə də yurdlar bəllidir.
Ağ telimi qəm küləyi oxşayır,
Yaşımız da çoxdan artıq əllidir.

Ümidlərim arzularla baş-başa,
Istəkləri yarı yolda qoyubdur.
Aman Allah, necə bənzər daş daşa,
Hər ikisin göz yaşları oyubdur.

Baxışların duman kimi yayılar,
Gülüşlərin günəş kimi gülər hey.
Gözlərində yatmış bahar oyanar,
Dörd yanımız dönər qızılgülə, hey.

Sən ömrümün bahar fəsli, əzizim
Üşüyərəm gec qayıtsan ömrümə.
Xoş avazlı,bülbül səsli əzizim,
Yaşayamam sənsiz daha, ömrüm, hə...
25.04.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2019 16:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu