Sən mənim bağımın çinar ağacı,
Mən sənin könlünün şah pərdəsiyəm.
Sən mənim başımın qızıldan tacı,
Sevən ürəklərin pərvanəsiyəm.
Boylanıb ümidin pəncərəsindən,
Baxıram sən gedən yollara sarı.
Dayanıb şəhərin daş küçəsində,
Səni qucaqlyan qollara sarıl.
Içimi titrədən qabarcıqların,
Amanı gəlincə partlaması var.
Biçimi qətrətək tumurcuqların,
Zamanı dəlincə çatlaması var.
29.04.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 4.5.2018 18:38:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!