Cığırları itibdir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Cığırları itibdir


Mən dünyanın mərkəzində,
Dalğalanan zəmiyəm.
Həqiqətlər görfəzində.
Batıb qalmış gəmiyəm.

Saraldım, biçən olmadı,
Quruyaraq töküldüm.
Su verdim, içən olmadı,
Torpağaca çöküldüm.

Indi göylər özü belə.
Əsirgəyir nurunu.
Alovlanmır közü belə,
Yağış yuyur qurunu.

Qaranlığı bas bağrına,
Tənhalıqdan bitibdir.
Baxma mənim daş bağrıma,
Cığırları itibdir.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.8.2020 06:32:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu